Novruz bayramında ürəyində arzu tut – Pepsi ilə hədiyyə qazan – FOTO – VİDEO

Həmişəki kimi, öz müştəriləri haqqında düşünən “Pepsi Azərbaycan” şirkəti Novruz bayramında da onları unutmur.
Novruz arzularının çin olması, bayram əhval-ruhiyyəsinin dəstəklənməsi məqsədilə“Pepsi Azərbaycan” Bakı və regionlarda xalqımızın qədim Novruz ənənə və dəyərlərinə əsaslanan yeni bayram kampaniyasına başlayır.
Novruz kampaniyası çərçivəsində 1-30 mart tarixləri arasında yaxın oyun mərkəzlərinin birinə 3 Pepsi qapağı gətirərək, uğur çarxını fırladanlara minlərlə hədiyyələrdən birini qazanmaq imkanı təmin edilir. İştirakçıların bəxtinə çıxa bilən hədiyyələr velosipedlər, seqveylər, power bank, breloklar, Lays çipsləri və, əlbəttə ki, Pepsi içkilərindən ibarətdir.
Kampaniya Bakının Araz, Rahat, Bazarstore və Bravo marketlərində, həmçinin, ölkəmizin Qəbələ, Ağstafa, Gəncə, Mingəçevir, Zaqatala, Masallı, Beyləqan, Şirvan və Saatlı bölgələrində keçirilir.
Kampaniya həmçinin rəqəmsal platformalarda keçirilir, sosial şəbəkələrdə fəal müştərilər üçün hədiyyələr paylanılır.
Əlavə məlumat üçün “Pepsi Azərbaycan” şirkətinin Facebook və Instagram səhifələrinə müraciət etmək olar.
Reklam hüququnda