Azərbaycanın Yaponiya və Çexiyada yeni səfirləri təyin olunub

Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
1news.az
735