Toyota Tokio-2020 Olimpiya və Paralimpiya Oyunlarına özünəməxsus tərzdə hazırlaşır - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Toyota Tokio-2020 Olimpiya və Paralimpiya Oyunlarına özünəməxsus tərzdə hazırlaşır - FOTO

15:20 - 12 / 03 / 2020
Toyota Tokio-2020 Olimpiya və Paralimpiya Oyunlarına özünəməxsus tərzdə hazırlaşır - FOTO

Toyota şirkəti Olimpiya və Paralimpiya Oyunlarının qlobal partnyoru olaraq vətənində keçiriləcək Oyunlara özünəməxsus tərzdə hazırlaşır.

Belə ki, Oyunların avtomobil parkında olacaq Toyota avtomobillərinin təxminən 90 %-i elektrik enerjisi ilə işləyəcək. Bu avtomobil və qurğular həm Tokio Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin, həm də Toyotanın ‘tarixin təbiətə ən zərərsiz’ Oyunlar təşkil etmək məqsədinə çatmağı dəstəkləyəcək. Toyota Tokio-2020 Olimpiya və Paralimpiya Oyunları zamanı öz avtomobilləri və mobil qurğuları ilə hərəkət anlayışını kökündən dəyişməyi planlaşdırır. Toyota geniş çeşidli hərəkət imkanı təmin etmək üçün həm bəzi avtomobillərinin xüsusi buraxılışını, həm də ilk dəfə Tokio-2020 oyunlarında istifadə olunacaq modellər istehsal edir.

Tokio-2020 Olimpiya və Paralimpiya oyunları zamanı  maksimum mobilliyi/hərəkətliliyi əldə etmək üçün Toyota şirkəti 3700-ə yaxın hərəkət imkanı yaradan (mobillik) qurğusu və avtomobil təchiz edəcək Oyunların avtomobil parkında olacaq qurğu və avtomobillər bunlardır: Hibrid Elektrik Avtomobilləri (HEV), Mirai kimi Hidrogen yanacaqlı Fuel Cell Elektrik avtomobilləri (FCEV), Prius PHV (bəzi ölkələrdə Prius Prime kimi tanınan) kimi  Elektrik çıxışlı Hibrid avtomobilləri (PHEV), "APM" (Accessible People Mover- Xüsusi hərəkət ehtiyyacı olan insanların daşıyıcısı), təkrarolunmaz və çeşidli daşınma təmin edəcək e-Palette və Toyota Concept-i modelləri.

Bu qurğu və avtomobillərin 2700 ədədi Olimpiya oyunları zamanı məkanlar arasında daşınmanı təmin edəcək rəsmi avtomobil parkının əsas hissəsini təşkil edəcək.

Toyota mümkün zədə və qəzaların qarşısını almaq məqsədi ilə işçiləri daşıyacaq bütün kommersiya avtomobillərini "Toyota Safety Sense" və "Lexus Safety System +" kimi təhlükəsizlik sistemləri ilə təchiz edəcək.

Toyota  kütləvi daşıma üçün "Sora" adlı Fuel Cell avtobusu, xüsusi pandusla təmin olunmuş sərnişinləri öz yerlərinə qaldıran yardımçı avtomobillər də təchiz edəcək.

Tokio-2020 Oyunları üçün Toyotanın 3 əsas məqsədi var: 1. Hamı üçün hərəkət imkanı və ya bütün insanlara hərəkət azadlığı yaratmaq. 2. Davamlılıq, ekoloji təhlükəsiz mühit yaradılmasına fokuslanmaq. 3.Toyota İstehsalat Sistemindən (TPS) istifadə etməklə Oyunlar zamanı nəqliyyat dəstəyini təmin etmək. Bu üç əsas məqsədlə Toyota adi avtomobil təchizatı anlayışını dəyişəcək.

Aşağıda Toyotanın təchiz edəcəyi əsas avtomobillərin xülasəsini görə bilərsiniz:

Tokio-2020 üçün özəlliklə hazırlanmış avtomobillər:

APM- xüsusi hərəkət ehtiyyacı olanları tədbir məkanlarına aparmaq üçün təxminən 200 ədəd təchiz olunacaq.

Tokio-2020 üçün xüsusi avtomobil buraxılışı:

e-Palette (Tokio-2020 buraxılışı)

Toyotanın ilk BEV-i (Batareyalı Elektrik Nəqliyyat Vasitəsi) olan  e-Palette oyunlar zamanı Olimpiya və Paralimpiya kəndləri arasındakı uzun yollarda işçiləri və atletləri daşımaq üçün istehsal olunub.

Toyota Concept-i (Tokio-2020 buraxılışı)

Səciyyəvi "high-tech one-motion silhouette" eksteryer dizaynı ilə  Concept-i  Oyunlara həyəcan və diqqət gətirmək üçün dizayn edilib və Oyunlar zamanı onu sınaqdan keçirmək mümkün olacaq. Bu modeldə süni intellektdən istifadə olunub.

Tokio-2020 ərəfəsində Oyunların işçilərinin daşınması məqsədi ilə təxminən 500 ədəd Mirai modeli təmin olunacaq.

Piyada ərazilərindəki BEV-lər təhlükəsizlik və tibb personalının Tokio-2020 Oyun məkanları arasında  hərəkətini təmin etmək üçün istifadə olunacaq. Toyota eyni qurğuların oturacaqlı növünü və yerimə çətinliyi olanların mobilliyini təmin etmək üçün əlil arabasına qoşula bilən növünün istifadəsini də tədqiq edir.

Toyota həmçinin "Tokio-2020 Robot Layihə"sində də iştirak edir. Tokio-2020 də Toyota tərəfindən təqdim olunacaq robotlar müxtəlif məkanlarda və yerlərdə insanların mobilliyini təmin etmək üçün istifadə olunacaq.

 

 

Tokio 2020-də Maskot Robot Miraitowa / Someity (Maskot Robot)

Oyunlar tarixində texnologiya cəhətdən ən zəngin və innovativ Oyunlar keçirməyi məqsəd qoyan Tokio-2020 və Toyota birlikdə robot maskot da yaratmaq üzərində çalışır. Bu maskot robot qonaq və iştirakçıları rəsmi məkanlarda qarşılamaqla yanaşı, Oyunları Yaponiyadakı uşaqlar üşün də əyləncəli edəcək.

 

T-HR3 (Humanoid Robot)

Toyota T-HR3 və Mascot robotlar vasitəsi ilə uzaq məkanlarda olan və atletlərlə ünsiyyətdə fiziki iştirak edə bilməyən qonaqlar üçün təkrarolunmaz bir şərait yaradacaq. Xüsusi ilə də T-HR3 robotları uzaq məsafələrdə belə maskot robotun hərəkətlərini real zamana çox yaxın vaxtda təkrarlamaq iqtidarında olacaq.

T-TR1 (Uzaq ərazilərdə kommunikasiya Robotu)

T-TR1 Amerika Birləşmiş Ştatlarındakı Toyota Araşdırmalar İnsitutunda yaradılmış hərəkətlilik/mobillik/tele-varlıq təmin edən robotdur. Bu robot yuxarı hissəsində kamera və real ölçülərə yaxın displey ekranla təchiz olunub. Uzaq məsafədəki insanın görüntüsünu göstərməklə onu  fiziki olaraq daha yaxın hiss etdirir. Toyota T-TR1 robotu fiziki məhdudiyyəti olan insanlar üçün Oyunlarda virtual iştirak etmək, iki məkan arasında ünsiyyət qurmaq şansı yaradır.

HSR: Yardımçı İnsan Robot / DSR: Yardımçı Çatdırma Robotu

Olimpiyada Stadionunun hərəkət məhdudiyyətli insanlar üçün nəzərdə tutulmuş oturacaqlarının  bir hissəsində Yardımçı İnsan Robot HSR-lar qonaqları öz oturacaqlarına aparacaq, onlar üçün yungül yeməklər, əşyalar və s. çatdıracaq ki, onlar yarışlardan daha sərbəst zövq ala bilsinlər. Həmçinin xüsusi olaraq Tokio-2020yə həsr olunmuş Toyotanın Yardımçı Çatdırma Robotu DSR quraşdırılmış tabletlər vasitəsi ilə sifariş  olunan içki və digər məhsulları birbaşa tamaşaçılara çatdıracaq.

FSR: Sahədə Yardımçı Robot (Yüngül Atletika üçün Yardımçı Robot)

Bu robotlardan istifadənin əsas məqsədi atılmış disk, çəkic və s. idman alətlərini geri qaytarmaq üçün sərf olunan vaxtı və tədbirlərdəki işçi qüvvəsinin sayını azaltmaqdır.

Sonda qeyd edək ki, Tokio-2020 Olimpiya və Paralimpiya Oyunları 22 iyul – 6 sentyabr   tarixləri arasında keçiriləcək. Olimpiya Oyunları tarixində ilk dəfə olaraq, Oyunlar zamanı dünyanın müxtəlif ölkələrində Olimpiya festivalları təşkil olunacaq və Azərbaycan da festival keçiriləcək ölkələr sırasındadır. Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə Tokio-2020 Olimpiya və Paralimpiya Oyunları çərçivəsində əməkdaşlığa dair memorandum imzalanmışdır və ilk dəfə baş tutan belə bir əməkdaşlıq əsasən Tokio-2020 Oyunlarının, həmçinin bu Oyunlarda Azərbaycanı təmsil edəcək Olimpiya və Paralimpiya Komandalarının birgə təbliğ və təşviqinə xidmət edir.

Reklam hüququnda

Paylaş:
874

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər