Sumqayıt helikopterlə dezinfeksiya olunacaq? - AUDİO - RƏSMİ AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıt helikopterlə dezinfeksiya olunacaq? - AUDİO - RƏSMİ AÇIQLAMA

17:09 - 12 / 03 / 2020
Sumqayıt helikopterlə dezinfeksiya olunacaq? - AUDİO - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə Sumqayıt şəhərinin axşam saatlarında helikopterlər vasitəsilə dezinfeksiya ediləcəyinə dair məlumatlar yayılıb. 
 
1news.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir.
 
"Koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar Şəhər ərazisində yerləşən inzaibati binalar, məktəb və ali təhsil müəssisələri, xəstəxanalar, bağçalar və yaşayış binaları davamlı şəkildə dezinfeksiya olunur. Şəhərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri hər günü dezinfeksiya edilir", - İcra Hakimiyyətindən bildirilib.

Azərbaycanda virusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb. Həmin gün karantinə alınanların sayı 224 nəfər təşkil edir. Hazırda ölkədə koronavirsa yoluxanların ümumilikdə sayı 13 nəfərdir.

Ölkədə infeksiyanın yayılmasının qarşısını almaq və profilaktik tədbirlər görülür. Xüsusilə, məktəblər, uşaq baxçaları, ümumi nəqliyyat vasitələri, aeroport ərazisi dezinfeksiya olunur. Martın 9-na qədər ölkə üzrə təhsil müəssisələrində dərslər müvəqqəti dayandırılıb, 9-cu siniflərin buraxılış imtahanı təxirə salınıb.

Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Həmçinin Qaynar Xətt də fəaliyyət göstərir: +994 (12) 492 41 61, +994 (12) 492 75 54, +994 (12) 505 03 30, + 994 (12) 505 13 33.

Həmçinin Azərbaycanda epidimioloji vəziyyətlə bağlı sualı olan vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edə bilər. Agentliyin çağrı mərkəzi fasiləsiz olaraq çalışır. Çağrı mərkəzinin nömrəsi 1542.

Bununla yanaşı, ÜST insanlar arasında təlaşa səbəb ola biləcək yalan məlumatların yayılmaması üçün rəsmi mənbələri izləməyə çağırıb. Təşkilatın saytında virusla bağlı sizləri narahat edən bütün suallar, infeksiyadan qorunma üsulları öz əksini tapıb.

Özünüzdən müğayat olun və sağlamlığınızı qoruyun!

Azərbaycanın daha iki vətəndaşında koronavirus aşkarlandı

Səyahət zamanı koronavirusdan necə qorunmalı: bunu hər kəs bilməlidir – FOTO – VİDEO

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah fəaliyyətə başladı

“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO

 
1news.az
Paylaş:
1425

Son xəbərlər

Bütün xəbərlər