İtaliyadakı Səfirliyimizdən bu ölkədən qayıtmaq istəyən Azərbaycan vətəndaşlarına MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

İtaliyadakı Səfirliyimizdən bu ölkədən qayıtmaq istəyən Azərbaycan vətəndaşlarına MÜRACİƏT

10:35 - 12 / 03 / 2020
İtaliyadakı Səfirliyimizdən bu ölkədən qayıtmaq istəyən Azərbaycan vətəndaşlarına MÜRACİƏT

Azərbaycanın İtaliyadakı Səfirliyi bu ölkədən qayıtmaq istəyən Azərbaycan vətəndaşlarına müraciət edib.

1news.az-ın verdiyi xəbərə görə, Səfirlik İtaliyadakı epidemioloji vəziyyətlə əlaqədar İtaliyadan qayıtmaq istəyən Azərbaycan vətəndaşlarından təcili olaraq, Səfirliyin elektron poçt ünvanlarına ([email protected]; [email protected]) aşağıdakı məlumatları təqdim etmələrini xahiş edir:

  1. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;
  2. Viza və ya İtaliyada yaşama icazəsini təsdiq edən sənədin surəti;
  3. Əlaqə məlumatları (telefon, e-mail və yaşadığı ünvan).

 “Nəzərinizə çatdırırıq ki, Azərbaycana qayıdacaq şəxslər iki həftə müddətinə karantin rejimində saxlanılacaq və onlardan karantin rejiminin tələblərinə riayət etmələri tələb olunacaq”, - deyə müraciətdə bildirilib.

Qeyd edək ki, hazırda İtaliya Avropada daha çox koronavirusa yoluxan ölkələr sırasındadır. Ötən gün ərzində virusa yoluxanların sayı 196-dan 827-yə yüksəlib. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 12 462-ə çatıb.

Məsələ ilə əlaqədar olaraq ölkənin Baş naziri Cuzeppe Konte əhaliyə müraciət edərək karantin tədbirlərinin gücləndirilməsini bəyan edib. İtaliyada bütün restoran, bar, gözəllik salonları, mağazalar (ərzaq məhsulları satan istisna olmaqla) bağlanıb. Konte müəssisə rəhbərlərinə əməkdaşları məzuniyyətə çıxarmağa və distans işləməyə çağırıb.

Azərbaycanın daha iki vətəndaşında koronavirus aşkarlandı

Səyahət zamanı koronavirusdan necə qorunmalı: bunu hər kəs bilməlidir – FOTO – VİDEO

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah fəaliyyətə başladı

“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO

S.Xankişiyeva

 

 

 

Paylaş:
564

Son xəbərlər

Bütün xəbərlər