Azərbaycan Milli Kitabxanası müvəqqəti bağlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Milli Kitabxanası müvəqqəti bağlandı

11:07 - 12 / 03 / 2020
Azərbaycan Milli Kitabxanası müvəqqəti bağlandı

"Koronavirus təhlükəsi ilə əlaqədar Respublikada həyata keçirilən tədbirlər çərçivəsində 2020-ci il martın 11-dən Milli Kitabxanada oxuculara xidmət müvəqqəti dayandırılıb".

Bu barədə 1news.az-a Azərbaycan Milli Kitabxasından məlumat verilib. Bildirilib ki,  oxucular Milli Kitabxananın onlayn xidmətlərindən http://anl.az/new/az/attention/39 (Metodiki xidmət, Biblioqrafik sorğu, Sənədlərin sifarişi və elektron çatdırılması) istifadə edə bilərlər:

"Milli Kitabxananın əməkdaşları var qüvvəsi ilə çalışır. Xahiş edirik, Sizə lazım olan resursları əldə etmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə yazın. Dəyərli oxucularımız Sizin onlayn müraciətlərinizi gözləyirik. Yetər ki, bizə yazın!
Respublikada fəaliyyət göstərən digər kitabxanalar da istifadəçilərin sorğularını ödəmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə müraciət edə bilərlər".

Qafar Ağayev

Paylaş:
674

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər