Kolleclərə sənəd qəbulu başa çatdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Kolleclərə sənəd qəbulu başa çatdı

11:59 - 12 / 03 / 2020
Kolleclərə sənəd qəbulu başa çatdı

Ümumi (9-illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu başa çatıb. 

Dövlət İmtahan Mərkəzindən 1news.az-a verilən məlumata görə, təsdiq edilmiş ərizələrin sayı 18 739-dur (Azərbaycan bölməsi üzrə 18 169, rus bölməsi - 570).

Qeyd edək ki, ümumi orta təhsil bazasından kolleclərə ərizələrin qəbulu fevralın 21-də başlayıb.

Qafar Ağayev

Paylaş:
560

Son xəbərlər

Bütün xəbərlər