Universitetlərdə tədris ilinin müddəti uzadıldı – RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Universitetlərdə tədris ilinin müddəti uzadıldı – RƏSMİ

12:11 - 12 / 03 / 2020
Universitetlərdə tədris ilinin müddəti uzadıldı – RƏSMİ

Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Təhsil nazirinin müavini Firudun Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, dərslər mayın 30-da deyil, iyunun 15-də bitəcək. İmtahanlar isə 15 iyunda başlayacaq və 13 iyulda başa çatacaq.

Buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam edəcək (15 gün - 2 həftə artırılır). Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı 5 deyil, 4 həftə müəyyən edilib və 15 iyun-13 iyul tarixlərində keçiriləcək.

S.Xankişiyeva

Paylaş:
872

Son xəbərlər

Bütün xəbərlər