KOBİA-da koronavirusun turizm sektoruna təsirinin öyrənilməsi üçün sahibkarlarla görüş keçirilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

KOBİA-da koronavirusun turizm sektoruna təsirinin öyrənilməsi üçün sahibkarlarla görüş keçirilib – FOTO

14:23 - 13 / 03 / 2020
KOBİA-da koronavirusun turizm sektoruna təsirinin öyrənilməsi üçün sahibkarlarla görüş keçirilib – FOTO

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dünyada yayılmış koronavirus (COVİD-19) infeksiyasının Azərbaycanın turizm sektoruna təsirinin öyrənilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən sahibkarlarla görüş keçirib.

1news.az-ın verdiyi xəbərə görə, görüşdə Dövlət Turizm Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Turizm və xidmət üzrə iş komissiyasının, turizm sektorunda fəaliyyət göstərən müxtəlif assosiasiyaların, eləcə də 30-a yaxın turizm şirkətinin nümayəndələri iştirak ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan turizm sahəsində xeyli sayda kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin fəaliyyət göstərdiyini nəzərə alaraq, görüşün koronavirus epidemiyasının Azərbaycanın turizm sektoruna, ümumiyyətlə biznesə mümkün təsirlərinin və KOB-ların qarşılaşdıqları problemlərin öyrənilməsi, mümkün təsirlərin minimuma endirilməsi üçün çıxış yollarının müzakirə edilməsi, turizm sektorunun gözləntilərinin və təkliflərinin öyrənilməsi olduğunu diqqətə çatdırıb.

Görüşdə turizm assosiasiyaları və şirkətləri tərəfindən koronavirusla bağlı daxili və xarici turist axınının azaldığı, əvvəlcədən sifariş verilmiş turların və otel rezervasiyalarının ləğv olunduğu, müxtəlif tədbirlərin, xüsusilə də Novruz Bayramı ilə əlaqədar tədbirlərin təxirə salınması səbəbindən turizm sektorunun müəyyən gəlirlərini itirdiyi qeyd edilib, yaranmış problemdən çıxış yolları müzakirə olunub, təkiflər səsləndirilib.

Tədbir çərçivəsində koronavirus infeksiyasının biznes fəaliyyətinə təsirinin qiymətləndirilməsinə dair sahibkarlar arasında sorğu da keçirilib.

Görüşdə səsləndirilən təkliflər və aparılmış sorğunun nəticələri ümumiləşdirilərək müvafiq qurumlara təqdim olunacaqdır.

S.Xankişiyeva

 

 

 

 

Paylaş:
1119

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər