Bakıda aptekə basqın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda aptekə basqın olub

1news Redaksiyası09:37 - 13 / 03 / 2020
Bakıda aptekə basqın olub

Bakıda aptek naməlum şəxs tərəfindən qarət edilib.

1news.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Naməlum şəxs rayonun R.Rüstəmov küçəsində yerləşən "Vita" aptekə daxil olaraq əlindəki bıçaqla satıcı İnci Quliyevanı öldürməklə hədələyib. Naməlum şəxs kassada olan 1000 manat pulu götürürək hadisə yerindən qaçıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

Qafar Ağayev

Paylaş:
932

Son xəbərlər

Bütün xəbərlər