Abşeron, Xızı, Siyəzən və Şabranda yaşayış məntəqələrinin qazlaşdırılmasına 10,92 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Abşeron, Xızı, Siyəzən və Şabranda yaşayış məntəqələrinin qazlaşdırılmasına 10,92 milyon manat ayrılıb

11:05 - 13 / 03 / 2020
Abşeron, Xızı, Siyəzən və Şabranda yaşayış məntəqələrinin qazlaşdırılmasına 10,92 milyon manat ayrılıb

Prezident İlham Əliyev Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında yaşayış  məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 10,92 milyon (on milyon doqquz yüz iyirmi min) manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılsın.
  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
  3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

S.Xankişiyeva

 

Paylaş:
868

Son xəbərlər

Bütün xəbərlər