Ağcabədidə dəhşət: oğlunu öldürən ata həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə dəhşət: oğlunu öldürən ata həbs edilib

11:23 - 13 / 03 / 2020
Ağcabədidə dəhşət: oğlunu öldürən ata həbs edilib

Ağcabədidə qətl törədən şəxs həbs edilib.

Ağcabədi rayon Prokurorluğundan 1news.az-a verilən məlumata görə, fevralın 11-də rayonun Təzəkənd kənd sakini Tural Cəfərovun qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı zərərçəkmişin atası Valeh Cəfərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

V.Cəfərova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

S.Xankişiyeva

 

 

Paylaş:
693

Son xəbərlər

Bütün xəbərlər