HƏMRƏYLİK: Dünya azərbaycanlıları bir-birinə öz evlərinin qapısını açır – FOTO

Son günlər koronovirusun yayılması ilə əlaqədar olaraq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra dövlətlər qabaqlayıcı tədbirlər görür.
Bu tədbirlədən biri hava vasitəsilə gediş-gəlişn dayandırılması oldu. Azərbaycan da bu tədbirlərə qoşulub. Nəticədə bir çox vətəndaşımız müəyyən vaxt ərzində digər ölkələrdə qalmalı oldu.
Əgər Türkiyədə qalan vətəndaşlarımız üçün AZAL çarter reysləri təşkil edibsə, Avropada yaşayan vətəndaşlarımız hələ ki, öz evlərinə qayıda bilmir.
Bununla əlaqədar olaraq dünyada yaşayan bir çox həmyerlilərimiz sosial şəbəkə vasitəsilə azərbaycanlılara öz evlərinin qapısını açıb.
Xeyirxahlıq nümunəsi olan bu paylaşımları sizinlə bölüşərək hər bir kəsə öz minnətdarlığımızı bildiririk.














S.Xankişiyeva