Bu informasiyaların yayılması qadağan edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu informasiyaların yayılması qadağan edilir

15:34 - 16 / 03 / 2020
Bu informasiyaların yayılması qadağan edilir

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik ediləcək.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, dəyişiklikdə nəzərdə tutulan hallar bunlardır:

- internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir,

- insanların həyat və sağlamlığına ziyan vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə, ictimai təhlükəsizliyin kütləvi surətdə pozulmasına, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdtd yaradan yalan məlumatlar yerləşdirilməməlidir.

Layihə sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

1news.az

Paylaş:
499

Son xəbərlər

Bütün xəbərlər