Xalq artisti Rafael Dadaşov vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artisti Rafael Dadaşov vəfat etdi

15:50 - 16 / 03 / 2020
Xalq artisti Rafael Dadaşov vəfat etdi

Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib.

1news.az xəbər verir ki, bu barədə Lent.az -a tanınmış aktyorun qızı, müğənni Səidə Dadaşova bildirib:

"Çox ağırdır. Atam indi dünyasını dəyişdi. Çox danışa bilmirəm. Dünyasını dəyişən zaman hamımızdan halallıq istədi".

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.

1news.az

Paylaş:
681

Son xəbərlər

Bütün xəbərlər