Elmi təşkilatların akkreditasiyası ilə bağlı dəyişiklik təklif olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Elmi təşkilatların akkreditasiyası ilə bağlı dəyişiklik təklif olunur

11:48 - 16 / 03 / 2020
Elmi təşkilatların akkreditasiyası ilə bağlı dəyişiklik təklif olunur

Azərbaycanda elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını həyata keçirəcək qurum müəyyənləşib.

1news.az-ın xəbərinə görə, bununla bağlı “Elm haqqında” qanunun 24-cü maddəsinə (Elmi fəaliyyətin tənzimlənməsi və elmi müəssisənin akkreditasiyası) dəyişiklik təklif edilir.

Dəyişiklik layihəsinə əsasən, elmi müəssisələrin (təşkilatların) akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Elmi müəssisələrin (təşkilatların) akkreditasiyası ali attestasiya orqanı tərəfindən həyata keçiriləcək. Sənədin hazırkı variantı isə belədir: Elmi müəssisələrin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Elmi müəssisələrin akkreditasiyası qurumu müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnaməyə uyğun olaraq, ictimai əsaslarla fəaliyyət göstərir.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

1news.az

Paylaş:
470

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər