Azərbaycana bahar nə vaxt daxil olacaq? | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana bahar nə vaxt daxil olacaq?

13:37 - 17 / 03 / 2020
Azərbaycana bahar nə vaxt daxil olacaq?

2020-ci ildə yaz fəsli Azərbaycana 20 mart saat 07:49:36-da daxil olacaq.

AMEA Şamaxı Astrofizika Rəsədxanasından 1news.az-a verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq.

S.Xankişiyeva

 

Paylaş:
1701

Son xəbərlər

Bütün xəbərlər