Mehriban Əliyeva: Vaqif Mustafazadənin adı və yaradıcılığı yaşayır və daim yaşayacaqdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Mehriban Əliyeva: Vaqif Mustafazadənin adı və yaradıcılığı yaşayır və daim yaşayacaqdır

09:01 - 17 / 03 / 2020
Mehriban Əliyeva: Vaqif Mustafazadənin adı və yaradıcılığı yaşayır və daim yaşayacaqdır

“Vaqif Mustafazadə... Bu ad hər birimizdə ən xoş duyğular oyadır. Qısa, lakin mənalı ömür yaşadı.

O, dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisini uğurlu sintez edərək dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkrarolunmaz nümunələrini bəxş etdi. Qəlbləri titrədən gözəl melodiyaları və ritmləri milli musiqi irsimizi daha da zənginləşdirdi və bütün dünyada tanıtdı”.

1news.az-ın verdiyi xəbərə görə, bu sözlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Instagram səhifəsində yer alıb.

“80 illiyi qeyd olunan Vaqif Mustafazadənin adı və yaradıcılığı yaşayır və daim yaşayacaqdır. Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Vaqif Mustafazadənin xatirəsinə ehtiram əlaməti olaraq Heydər Əliyev Fondu tərəfindən 2012-ci ildə bəstəkarın həyat və yaradıcılığından bəhs edən musiqi albomu nəşr edilmiş, yaxın zamanlarda isə əsaslı yenidənqurma işləri aparılan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbi istifadəyə veriləcəkdir”.

S.Xankişiyeva

 

Paylaş:
421

Son xəbərlər

Bütün xəbərlər