“Azərişıq” da vətəndaşları onlayn qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq” da vətəndaşları onlayn qəbul edəcək

14:21 - 18 / 03 / 2020
“Azərişıq” da vətəndaşları onlayn qəbul edəcək

“Azərişıq” ASC tərəfindən vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir.

Bu barədə 1news.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, artıq bu gündən etibarən Facebook və İnstagram vasitəsilə canlı bağlantı, eləcə də Whatsapp üzərindən müraciətlərin qəbulu həyata keçirilir.

Cari ayın 29-dək Səhmdar Cəmiyyət tərəfindən onlayn müraciətlərin qəbuluna daha çox üstünlük veriləcəkdir. Əsasən, yeni whatsapp nömrəmiz üzərindən “Azərişıq” ASC-nin göstərdiyi bütün  xidmətlər barəsində məlumat ala bilərsiniz. Bununla yanaşı, sosial şəbəkələrdə daha operativ xidmət göstərmək üçün bayram günləri ilə əlaqədar olaraq rəsmi Facebook və İnstagram səhifələrində canlı bağlantı həyata keçiriləcək. Vətəndaşların hər hansı bir sualı yaranarsa, suallarını bizə sosial şəbəkələr vasitəsilə canlı bağlantı zamanı ünvanlaya bilərlər. Həmçinin, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində yalnız bir pəncərədə ən zəruri xidmətlər göstəriləcəkdir. Vətəndaşlarımız yaranmış suallarını və müraciətlərini təyin olunmuş “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı “199” Çağrı Mərkəzi, Facebook, İnstagram, [email protected] və whatsapp nömrəmizə də yönləndirə bilərlər.

Whatsapp nömrəsi: +994772176762

Facebook səhifəsi: Azərişıq ASC 

İnstagram səhifəsi: Azərişıq ASC

Sayt: https://www.azerishiq.az/

Qafar Ağayev

Paylaş:
445

Son xəbərlər

Bütün xəbərlər