Brent markalı neftin qiyməti 2016-cı ilin yanvarından bəri ilk dəfə 28 dollardan aşağı düşdü | 1news.az | Xəbərlər
İqtisadiyyat

Brent markalı neftin qiyməti 2016-cı ilin yanvarından bəri ilk dəfə 28 dollardan aşağı düşdü

14:22 - 18 / 03 / 2020
Brent markalı neftin qiyməti 2016-cı ilin yanvarından bəri ilk dəfə 28 dollardan aşağı düşdü

Brent markalı neft 2,5% ucuzlaşaraq barreli 27,93 dollara düşüb.

Bu barədə ICE birjalarının məluamtında əks olunub. Bu, 2016-cı ilin yanvarından bəri minimum göstəricidir. WTI markalı neft də 3,93% ucuzlaşaraq barreli 25,93 dollara düşüb.

Xatırladaq ki, martın 6-da "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib.

OPEC + iştirakçılarının 18 mart, çərşənbə günü Vyanada keçirilməsi planlaşdırılan texniki iclası ləğv edilib. OPEC ölkələri ilə üzv olmayan ölkələr arasında xammal istehsalının azaldılması ilə bağlı tədbirlər mart ayının sonuna qədər qüvvədədir.

S.Xankişiyeva

 

Paylaş:
583

Son xəbərlər

Bütün xəbərlər