Sürücülər, inşaatçılar, fəhlələr və digər işçilər gündə bir dəfə tibbi müayinədən keçiriləcək

“Milli Məclisin İşlər İdarəsinin bütün texniki heyəti, o cümlədən sürücülər, inşaatçılar, fəhlələr və digər işçilər gündə bir dəfə hökmən tibbi müayinədən keçirilsinlər”.
1news.az xəbər verir ki, bu, Milli Məclisin Sədri Sahibə Qafarovanın Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında imzaladığı Sərəncamda yer alıb.
Qafar Ağayev
604