Azərbaycan vətəndaşlarının Macarıstandan təxliyyəsinə başlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan vətəndaşlarının Macarıstandan təxliyyəsinə başlanılır

17:00 - 18 / 03 / 2020
Azərbaycan vətəndaşlarının Macarıstandan təxliyyəsinə başlanılır

Azərbaycan Respublikası vətəndaşlarının Macarıstandan təxliyyə edilməsi üçün Azərbaycan hökuməti tərəfindən təşkil edilmiş Budapeşt-Bakı çarter reysinin bu gün, 18 mart tarixdə saat 20:00-da Budapeşt hava limanından yola düşməsi planlaşdırılır.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "Facebook" səhifəsində bildirilib.

Qeyd edilir ki, bununla əlaqədar olaraq, ilk növbədə 15 mart tarixdən 31 mart tarixədək WizzAir şirkətinin Budapeşt-Bakı reyslərinə biletləri olan (tarix ardıcıllığı ilə) Azərbaycan vətəndaşlarının təxliyyəsi təmin ediləcək. Həmin şəxslərin pasportlarının surətlərini təcili olaraq (1 saat ərzində) mütləq qaydada səfirliyin [email protected] ünvanına göndərmələri və saat 16:00-da Budapeşt hava limanında olmaları zəruridir.

1news.az

Paylaş:
359

Son xəbərlər

Bütün xəbərlər