AZAL çarter reyslə İtaliya və Türkiyədən 391 nəfəri ölkəyə gətirib
Azərbaycanın Milli aviadaşıyıcısı martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib.
1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, AZAL aviaşirkəti İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini vətənə gəlib.
Xatırladaq ki, daha əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşı qayıdıb.
Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.
Azərbaycan İtaliyadan vətəndaşlarını təxliyə edib – FOTO – VİDEO
İstanbuldan yola salınan 250-yə yaxın azərbaycanlı artıq ölkədədir
S.Xankişiyeva
1026