Kiçik biznesin Brandonline ilə inkişafı: “ELFF” milli brendi üçün internet-mağaza! – VİDEO

Əl işi müəllif aksessuarlarını təqdim edən "ELFF" Azərbaycan brendi yaxın zamanlarda Brandonline texnologiyası sayəsində bir neçə dəqiqə ərzində sifarişləri yerləşdirmək fürsəti ilə paytaxtımızın dəbsevərlərini sevindirəcək.
"ELFF" kolleksiyasında müxtəlif növ aksessuarlar mövcuddur – üzüklər, sırğalar, saç bəzəkləri. Bu işlərin hər biri unikaldır və müəllifin öz işinə olan sonsuz sevgisi ilə hazırlanıb, amma broşlara dizayner tərəfindən xüsusi yer ayrılıb. İstənilən forma və ölçüdə, parçadan, muncuqlardan, qarışıq texnikada hazırlanan bu aksesurların sayı hədsizdir. Bəzəklərin əksər hissəsi dizaynerin öz ideyaları əsasında düzəldilir, lakin onların bir hissəsi fərdi sifarişlərdən ibarətdir.
Brendin təsisçisi Elnarə Mirsəlimovanın sözlərinə görə, müştərilər tərəfindən tez-tez verilən suallar hər zaman aksessuarların çeşidi və mövcudluğu, habelə işlərin nümunələrinə aid olurdu. Məhz buna görə onlayn-mağazanın yaradılması müəllifin törəməsi üçün uzun zamandır gözlənilən hadisədir, çünki indi bütün aksessuarlar çeşidləri qiymətlərin, məlumatın və nağdsız ödəniş imkanı ilə vahid platformada toplanacaqdır.
“Adi köynək və ya jins şalvar aldığımızda biz adətən aksessuarlarin geyim qədər qarderobumuzun bazasını təşkil etdiyini unuduruq. Sadə gündəlik görünüşümüzə bir vurğu əlavə etdiyimizdə o, artıq darıxdırıcı görsənmir! Online tətbiqlərin işə salınmasına çox az vaxtın qalmasına baxmayaraq, biz rənglər çələngi və maraqlı dizayner həllərimizi sizinlə paylaşmağa səbrsizlənirik. Cubics şirkətinin işçi heyətinə bu cür düzgün və dəqiq təşkil olunmuş işi sayəsində əldə etdiyim fürsətə görə minnətdarlığımı bildirirəm!” – deyə Elnarə xanım əlavə etdi.
Brandonline texnologiyası haqqında daha ətraflı məlumatı www.brandonline.az vebsaytında və ya (+994 12) 480 15 74 telefon nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Reklam hüququnda