Azərbaycan nefti ucuzlaşır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşır

11:01 - 18 / 03 / 2020
Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 17-də 29,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,2 dollar/barel azdır.

1news.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 27,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 20,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,44 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 27,8 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,15 dollar/barel azdır.

1news.az

Paylaş:
608

Son xəbərlər

Bütün xəbərlər