SOCAR dənizdə işləyən neftçilərin yeni iş qrafikinə aydınlıq gətirdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR dənizdə işləyən neftçilərin yeni iş qrafikinə aydınlıq gətirdi

13:48 - 19 / 03 / 2020
SOCAR dənizdə işləyən neftçilərin yeni iş qrafikinə aydınlıq gətirdi

Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə məhdudlaşdırıcı tədbirlər çərçivəsində dəniz platformalarında olan neftçilərin iş qrafikində dəyişiklik edib.

SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədovun 1news.az-a verdiyi məlumata görə, hazırda dənizdə növbədə olan neftçilər daha uzun müddətə orda qalmalı olacaqlar - bu, təkcə SOCAR-ın deyil, həm də bir çox neft şirkətinin koronavirus səbəbindən tətbiq etdiyi zəruri tədbirdir.

Bundan əvvəl “Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi” İtimai Birliyinin sədri Mirvari Qəhrəmanlı öz Facebook səhifəsində yazdığı statusda dəniz qurğularında olan neftçilərin növbəsinin aprelin 11-dək uzadılmasına görə SOCAR-ı ittiham etmişdi. Onun sözlərinə görə, ağır iş şəraitinə malik olan insanların bir aydan çox iş yerində qalması, normadan iki qat artıq işləməsi, orda yaşaması, ailədən kənarda qalması onların psixoloji durumuna və sağlamlığına ciddi təsir edəcək.

İbrahim Əhmədov qeyd edib ki, dənizdəki işçilərin yeni iş qrafiki koronavirus şəraitində təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirdir: “Bu, SOCAR-ın əməkdaşlarının təhlükəsizliyinə, xalqımızın təhlükəsizliyinə və ölkənin enerji təhlükəsizliyinə yönəlib”.

Onun sözlərinə görə, virusun platformalarda yayılmasının qarşısını almaq olduqca çətindir:

“Əgər qapalı platformaya bu virusa yoluxmuş ən azı bir nəfər çıxsa, bu, böyük problemə çevrilə bilər - digər insanlar da virusa yoluxa bilər və belə şəraitdə onlara tibbi xidmətin göstərilməsi imkanları məhdud olacaq. Hava şəraiti ilə əlaqədar olaraq qısa müddət ərzində onlara yüksək keyfiyyətli tibbi xidmət göstərə biləcəyimizə zəmanət yoxdur. Buna görə də, belə bir ssenarinin baş verməsinin və koronavirusa yoluxmuş insanın platformaya daxil olmasının qarşısını almaq üçün bütün tədbirləri görmək lazımdır. Təkrar edirəm: bu, bu günə qədər bir ay müddətinə verilən məcburi bir qərardır. Bildiyimizə görə, bəzi digər şirkətlər də oxşar tədbirləri nəzərdən keçirir və görürlər”.

Dövlət Neft Şirkətinin rəsmi nümayəndəsi infeksiyanın yayılması ilə əlaqəli böhranın tez keçəcəyini və SOCAR-ın tezliklə əvvəlki iş rejimini bərpa edə biləcəyinə ümid etdiyini bildirib:.

“Xüsusi vurğulayıram ki, şirkətin baş ofisindəki işçilərin çoxu, o cümlədən mən də tətil günlərində işləyəcəyik. Bu həm də koronavirusla əlaqəli bu çətin günlərdə ölkəmizin iqtisadiyyatının sabitliyini və enerji təhlükəsizliyini qorumaq üçün zəruri tədbirdir. Vəziyyətin ciddiliyini dərk edərək, hamımız xalqımızın və ölkəmizin təhlükəsizliyini təmin etmək üçün bu missiyanı qəbul edirik”.

1news.az

 

Paylaş:
1740

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər