AZAL Antalya-Bakı reysi ilə 107 azərbaycanlını vətənə gətirib | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL Antalya-Bakı reysi ilə 107 azərbaycanlını vətənə gətirib

09:04 - 19 / 03 / 2020
AZAL Antalya-Bakı reysi ilə 107 azərbaycanlını vətənə gətirib

Azərbaycanın Milli aviadaşıyıcısı martın 18-də Azərbaycan vətəndaşlarının Türkiyədən qaytarılması üçün daha bir çarter reysi yerinə yetirib.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən 1news.az-a bildirilib ki, AZAL Antalya-Bakı reysi ilə 107 nəfər sərnişini vətənə gətirib. Bu təyyarə ilə Türkiyənin üç şəhəri - Antalya, Alanya və İzmirdə qalmış Azərbaycan vətəndaşları qayıda biliblər.

Daha əvvəl Türkiyədən beş çarter reysi ilə 1098 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.

1news.az

Paylaş:
371

Son xəbərlər

Bütün xəbərlər