Bakıda hamilə qadın xəstəxanada öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda hamilə qadın xəstəxanada öldü

09:37 - 19 / 03 / 2020
Bakıda hamilə qadın xəstəxanada öldü

Bakıda hamilə qadın ölüb.

1news.az-ın məlumatına görə, hadisə Topçubaşov adına Elmi-Tədqiqat Cərrahiyə Xəstəxanasında qeydə alınıb.

Ağır vəziyyətdə xəstəxanaya gətirilən Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Mustafayevaya tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb. 22 həftəlik hamilə olan qadın bətnindəki uşaq ilə birlikdə ölüb.

Məlumata görə, 5 il qabaq ürək əməliyyatı keçirən qadın bu il martın 17-də "mitral qabağın protezinin trombozu" diaqnozu ilə Topçubaşov adına Elmi Cərrahiyə Xəstəxanasına yerləşdirilib. Tibbi müdaxilələr nəticə vermədiyindən o ürək çatışmazlığından ölüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

1news.az

Paylaş:
453

Son xəbərlər

Bütün xəbərlər