Bakı Beynəlxalq Avtovağzalı: Bütün istiqamətlərə avtobus reysləri fəaliyyətini davam etdirir

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirilib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Pərvin Ağabalayeva bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası bütün istiqamətlərə avtobus reysləri fəaliyyətini davam etdirir:
“Bakı Beynəlxalq Avtovağzal Kompleksindən gedişlər xüsusi qrafiklərlə tənzimlənəcək və məhdudiyyət qoyulan tarixə qədər geri dönüş yalnız Bakı şəhərində qeydiyyatda olan sərnişinlər üçün mümkün olacaq”.
P.Ağabaleyava eyni zamanda qeyd edib ki, reyslərlə bağlı əlavə məlumat almaq üçün vətəndaşlar (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi”nə zəng edə, eyni zamanda [email protected] email ünvanı və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin "Facebook" səhifəsinə yaza bilərlər.
S.Xankişiyeva