Azərbaycan Gürcüstandan avtomobil idxalını kəskin artırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Gürcüstandan avtomobil idxalını kəskin artırıb

12:05 - 19 / 03 / 2020
Azərbaycan Gürcüstandan avtomobil idxalını kəskin artırıb

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycana 60 616,6 min ABŞ dolları dəyərində 6 574 ədəd avtomobil ixrac edib ki, bu da illik müqayisədə 4 399 ədəd və ya 3 dəfə çoxdur.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ilin ilk iki ayı ərzində isə Gürcüstan Azərbaycana 19 797,0 min dolları (artım 3,1 dəfə) dəyərində  2 175 ədəd avtomobil ixrac edib.

1news.az

Paylaş:
651

Son xəbərlər

Bütün xəbərlər