Banklar bu tarixlərdə işləməyəcək - RƏSMİ | 1news.az | Xəbərlər
İqtisadiyyat

Banklar bu tarixlərdə işləməyəcək - RƏSMİ

12:45 - 19 / 03 / 2020
Banklar bu tarixlərdə işləməyəcək - RƏSMİ

Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda bank xidmətlərinin göstərilməsi zamanı canlı təmasın minimuma endirilməsi məqsədilə yerli banklar Novruz bayramı günlərində (20-28 mart qeyri-iş günləri) fəaliyyət göstərməyəcək.

Bu barədə 1news.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

"Bununla belə, idxal və ixracın fasiləsizliyini təmin etmək üçün hüquqi şəxslərə hesablaşmalar, vergi, rüsum və digər dövlət ödənişləri ilə bağlı əməliyyatlar elektron əsasda davam etdiriləcək"- deyə, məlumatda qeyd olunub.

Qafar Ağayev

Paylaş:
647

Son xəbərlər

Bütün xəbərlər