“AzeriMed” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat keçirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

“AzeriMed” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat keçirdi

18:20 - 20 / 03 / 2020
“AzeriMed” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat keçirdi

Azərbaycan Respublikası Prezidentinin 19 mart tarixli sərəncamı əsasında  Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılması “AzeriMed” MMC  kollektivinin ürəyindən xəbər vermişdir.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən alınan məlumata görə, “AzeriMed” MMC  dünyanı bürümüş koronovirusun Azərbaycanda yayılmasının qarşısını almaq məqsədi ilə yaradılmış və  ölkə əhalisinin təhlükəsizliyinə xidmət edən Koronavirusla Mübarizəyə Dəstək Fonduna hesab nömrəsi açıldıqdan dərhal sonra 200 min manat vəsait köçürmüşdür.

“AzeriMed” MMC - nin rəhbərliyi və bütün kollektivi koronavirusa qarşı mübarizədə Azərbaycan dövlətinin və onun rəhbərliyinin daim yanında olduğunu bəyan edir.

Paylaş:
1351

Son xəbərlər

Bütün xəbərlər