Karantindəki tələbələr #görünməyənqəhrəmanları təbrik edib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Karantindəki tələbələr #görünməyənqəhrəmanları təbrik edib – FOTO

11:17 - 20 / 03 / 2020
Karantindəki tələbələr #görünməyənqəhrəmanları təbrik edib – FOTO

Koronavirus pandemiyasına görə İtaliya, Türkiyə və digər ölkələrdən təxliyyə olunan vətəndaşlar, xüsusən tələbələr karantində onlara xidmət edən dövlət qurumlarının əməkdaşlarına fərqli formada təşəkkür ediblər.

TƏBİB-in verdiyi xəbərə görə, onlar müxtəlif kağızlara təşəkkür qeydi yazaraq #görünməyənqəhrəmanlar həştəqi ilə heyətə öz minnətdarlıqlarını bildiriblər.

Xidmət heyəti xüsusi tibbi geyimdə olduqları üçün onların üzünü görmək, tanımaq mümkün deyil. Buna görə də karantində qalan vətəndaşlar həmin şəxsləri görünməyən qəhrəman adlandırırlar.

Onlar təcrid şəraitində olduqları üçün təşəkkürlərini yara bantları və müxtəlif əşyaların üzərindən qopardıqları yapışqanlı etiketlərlə qapıya yapışdırıblar.

Sözügedən gözəgörünməz qəhrəmanlar isə Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, TƏBİB-in əməkdaşlarıdır.

Azərbaycanın İstanbuldakı baş konsulu: Demək olar ki, bütün konsulluq əməkdaşları mənimlə birlikdə aeroportdadırlar

Azərbaycanın Macarıstandakı səfiri: Vətəndaşlarımızın ölkəyə qayıtmaları üçün hər cür səy göstərilir

Azərbaycan İtaliyadan vətəndaşlarını təxliyyə edib – FOTO – VİDEO

S.Xankişiyeva

 

 

Paylaş:
955

Son xəbərlər

Bütün xəbərlər