Bakıda işçi işlədiyi marketdən 200 min manatlıq oğurluq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda işçi işlədiyi marketdən 200 min manatlıq oğurluq edib

14:51 - 21 / 03 / 2020
Bakıda işçi işlədiyi marketdən 200 min manatlıq oğurluq edib

Bakıda mağazadan oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birindən oğurluğa cəhd göstərən oranın keçmiş işçisi olan Ucar rayon sakini K.Hüseynov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun 2019-cu il dekabr ayının 10-dan cari il mart ayının 19-dək olan müddətdə həmin marketin anbarından naməlum şəxslərlə birgə 200 000 manat dəyərində ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

S.Xankişiyeva

 

 

Paylaş:
513

Son xəbərlər

Bütün xəbərlər