PAŞA Holding Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat ianə verəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

PAŞA Holding Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat ianə verəcək

11:15 - 21 / 03 / 2020
PAŞA Holding Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat ianə verəcək

Koronavirus (COVİD-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqsədi ilə əksər dövlətlərdə ciddi preventiv tədbirlər həyata keçirilir.

Müxtəlif ölkələr arasında gediş-gəlişin məhdudlaşdırılması, sosial izolyasiya tədbirləri turizm, biznes və iqtisadiyyatın bir çox sahələrinə öz təsirini göstərməkdədir.

"PAŞA Holding" MMC-dən Trend-ə verilən məlumata görə, koronavirus zəminində yaranan fövqəladə vəziyyət ölkələrin biznes mühitinə təsir göstərsə də, hazırkı şəraitdə vətəndaşların sağlamlığı və təhlükəsizliyi prioritet olmalı və bütün səylər bu xəstəliyin aradan qaldırılmasına yönəlməlidir.

Fəaliyyətində öz əməkdaşları və müştərilərinin təhlükəsizliyi və rifahına əsas önəm verən "PAŞA Holding" MMC Korporativ Sosial Məsuliyyət öhdəliyindən irəli gələrək dövlət tərəfindən həyata keçirilən tədbirlərə qürurla dəstək göstərməkdədir. Belə ki, şirkətimizin tərəfindən Azərbaycanda koronavirusu aşkarlamaq üçün laboratoriyanın yaradılmasına 3 milyon avro maliyyə vəsaiti dəyərində töhfə verilmişdir.

COVİD-19 zəminində yarana biləcək iqtisadi ziyanları nəzərə alaraq "PAŞA Holding" eyni zamanda bir sıra məsələləri öz əsas hədəfi seçmişdir:

- Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna "PAŞA Holding" tərəfindən 2 milyon manat ianə veriləcəkdir;

- yaranmış vəziyyətdə öz işçilərinə dəstək olmaq məqsədi ilə "PAŞA Holding" və onun tərkibində olan bütün şirkətlərdə 2020-ci il ərzində heç bir iş yerinin ixtisarına yol verməmək və bununla bağlı bütün xərcləri qarşılamaq;

- biznesin davamlılığını dəstəkləmək, iş yerlərində ixtisarların qarşısını almaq və ya mümkün qədər azaltmaq məqsədi ilə ticarət mərkəzlərimizin kirayəçilərinə 2020-ci ilin mart və aprel aylarının kirayə haqqları üzrə endirimlər etmək.

Qeyd edək ki, hazırda aidiyyatı dövlət qurumları ilə birlikdə borcalanlara dəstək olmaq üçün təşəbbüslər üzərində araşdırmalar aparılır və bu istiqamətdə yaxın zamanlarda qərarlar veriləcəkdir.

Bildiririk ki, pandemiya ilə əlaqədar yaranmış vəziyyət tərəfimizdən mütəmadi izləniləcək və növbəti addımlarımız mövcud şəraitə uyğunlaşdırılacaq, dövlətimiz və ölkənin biznes mühitinə dəstək istiqamətində tədbirlərimiz bundan sonra da davam edəcəkdir.

S.Xankişiyeva

 

Paylaş:
839

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər