Siz də TƏBİB-dən SMS aldınız? – Daha ətraflı izah edirik | 1news.az | Xəbərlər
Cəmiyyət

Siz də TƏBİB-dən SMS aldınız? – Daha ətraflı izah edirik

17:30 - 22 / 03 / 2020
Siz də TƏBİB-dən SMS aldınız? – Daha ətraflı izah edirik

Redaksiyamıza mobil telefonlarına Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) ismarış (SMS) alan vətəndaşlar suallarla müraciət ediblər.

Müraciət edənlərin bir çoxu bu SMS-lərin göndərilmə səbəbini və bununla əlaqədar hansı tədbirlərin görülməsini tam anlamayıblar.

Yaranmış sualları aydınlaşdırmaq üçün TƏBİB-ə müraciət etdik. Burada bizə bildirildi ki, bu SMS-lər Koronavirusla Mübarizə üzrə Operativ Qərargahın məlumatına görə, o dövrdə pandemiya riski altında olmayan ölkələrdən gələn vətəndaşlara göndərilib.

Həmçinin, xüsusi əlaqə nömrələri ilə bu ismarışlar ölkəyə gəlişindən 14 gün ərzində özünü pis hiss edərsə əlaqə saxlaya bilməsi üçün həmin şəxslərə əlavə ehtiyat tədbiri olaraq göndərilib.

Koronavirus infeksiyası və virusun sürətlə yayılmasının qlobal pandemiya olduğunu nəzərə alaraq, hər kəsi Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Nazirlər Kabinetinin tələb və tövsiyələrinə əməl etməyə çağırırıq.

Eyni zamanda, vətəndaşlar özünü təcridetmə tədbirlərinə uyğun davranmalı, yalnız təcili ehtiyac olduqda evi tərk etməli, digər insanlarla az təmasda olmalı və insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmalıdır.

Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Azərbaycanda məktəb və bağçalar müvəqqəti bağlandı - RƏSMİ

9-cuların buraxılış imtahanı təxirə salındı - SƏBƏB

AZAL bu günədək 9 000-dən çox Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib – FOTO

Azərbaycanın İstanbuldakı baş konsulu: Demək olar ki, bütün konsulluq əməkdaşları mənimlə birlikdə aeroportdadırlar

Qərargah: İaşə obyektlərində qəlyandan istifadə qadağan edilib

Azərbaycanın İranla sərhədinin bağlanması müddəti iki həftəlik uzadıldı – RƏSMİ

Türkiyə də koronavirusa yoluxan ölkələr sırasına qoşuldu  

ÜST bu günə olan statistikanı açıqlayıb: koronavirusa yoluxanların sayı durmadan artır – XƏRİTƏ

Səyahət zamanı koronavirusdan necə qorunmalı: bunu hər kəs bilməlidir – FOTO – VİDEO

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah fəaliyyətə başladı

“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO

S.Xankişiyeva

 

Paylaş:
1164

Son xəbərlər

Bütün xəbərlər