Ağcabədidə 16 yaşlı şəxs polisi bıçaqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə 16 yaşlı şəxs polisi bıçaqladı

19:20 - 23 / 03 / 2020
Ağcabədidə 16 yaşlı şəxs polisi bıçaqladı

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, hadisə şəhər ərazisində qeydə alınıb. Rayon sakini Nadim Qürbətov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Məlumata görə, N.Qürbətov Ağcabədi rayon polis şöbəsinin post-patrul xidmətinin əməkdaşıdır.

Polis əməkdaşı yetkinlik yaşına çatmayan 16 yaşlı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
495

Son xəbərlər

Bütün xəbərlər