Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan 3 nəfər həbs edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan 3 nəfər həbs edildi

19:41 - 23 / 03 / 2020
Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan 3 nəfər həbs edildi

Azərbaycanda koronavirus infeksiyası ilə əlaqədar əhali arasında dezinformasiya xarakterli məlumatlar yaydığına görə 3 nəfər inzibati qaydada həbs olunub.

1news.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Xatırladaq ki, iki gün əvvəl Feysbuk səhifəsində koronavirus infeksiyası ilə (COVID-19) bağlı dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yerləşdirən Bakı sakini də həbs edilmişdi.

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bir daha mətbuat nümayəndələrinin və sosial şəbəkə istifadəçilərinin diqqətinə çatdırır ki, koronavirus infeksiyası ilə bağlı məlumatları yayarkən mütləq qaydada əlaqədar dövlət qurumlarına istinad edilməlidir.

1news.az

Paylaş:
642

Son xəbərlər

Bütün xəbərlər