Futbol

Çempionlar Liqası və Avroliqanın finalı rəsmən təxirə salındı

22:56 - 23 / 03 / 2020
Çempionlar Liqası və Avroliqanın finalı rəsmən təxirə salındı

UEFA avrokuboklarla bağlı yeni qərar qəbul edib.

Qafqazinfo.az  qurumun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və qadınlar arasında Çempionlar Liqasının həlledici görüşü koronavirus pandemiyasına görə qeyri-müəyyən vaxta təxirə salıb.

Qeyd edək ki, UEFA martın 17-də keçirilən videokonfransda Avropa Liqasının finalını iyulun 24-nə, Çempionlar Liqasının finalını isə iyulun 27-nə təyin etmişdi.

Xatırladaq ki, UEFA bu yay keçirilməli olan Avropa çempionatını gələn ilə təxirə salıb.

1news.az

Paylaş:
529

Son xəbərlər

Bütün xəbərlər

Next TV