“Qaraqaşlı-Broyler” (Şəfa Broyler) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat vəsait köçürüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Qaraqaşlı-Broyler” (Şəfa Broyler) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat vəsait köçürüb

15:00 - 24 / 03 / 2020
“Qaraqaşlı-Broyler” (Şəfa Broyler) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat vəsait köçürüb

Ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsinə "Qaraqaşlı-Broyler"-da (Şəfa Broyler) qoşuldu.

Bu sınaq günlərində hər birimizin üzərinə böyük məsuliyyət düşür. Xalqımızın sağlamlığı üçün "Qaraqaşlı-Broyler" (Şəfa Broyler) bacardığı qədər dəstək verməyə hazırdır. Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1948 nömrəli sərəncamına əsasən yaradılıb. "Qaraqaşlı-Broyler" (Şəfa Broyler) şirkəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna qoşulub və fonda 20 min manat məbləğində pul köçürüb. Bu çətin günlərdə vətəndaşlarımızın yanında olmaq bizim borcumuzdur.

"Qaraqaşlı-Broyler" (Şəfa Broyler) ticarət markası illərdir ki, Azərbaycan Respublikasında quş əti məhsullarının istehsalı ilə məşğuldur.  "Qaraqaşlı-Broyler" (Şəfa Broyler) fəaliyyət missiyası "Qayğı ilə bəslədik" şüarı üzərində qurulub.

Reklam hüququnda

Paylaş:
1572

Son xəbərlər

Bütün xəbərlər