Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

19:34 - 24 / 03 / 2020
Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Zati-aliləri xanım Katerina Sakellaropuluya təbrik məktubu göndərib. 

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi yetirirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram".

1news.az

Paylaş:
519

Son xəbərlər

Bütün xəbərlər