Şura sədrindən koronavirusla bağlı QHT-lərə həmrəylik çağırışı

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Koronovirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürmək barədə qərar qəbul edib.
1news.az-ın məlumatına görə, bu barədə Şura sədri, deputat Azay Quliyev məlumat verib. Şura sədri QHT-lərə də müraciət edərək onları koronavirusla mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb.
“Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri və Katibliyin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait/ianə köçürmək haqqında qərar qəbul edib. Bütün QHT-ləri bu təşəbbüsə qoşulmağa və koronavirusla mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıram”- deyə, A.Quliyev bildirib.
1news.az
576