“Azərişıq” əhaliyə müraciət etdi: Həqiqəti əks etdirmir... | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq” əhaliyə müraciət etdi: Həqiqəti əks etdirmir...

20:46 - 25 / 03 / 2020
“Azərişıq” əhaliyə müraciət etdi: Həqiqəti əks etdirmir...

“Azərişıq” ASC sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı əhaliyə müraciət edib.

ASC-dən 1news.az-a daxil olan müraciətdə bildirilir:

“Son günlər sosial şəbəkələrdə və Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində - "Abonentlərin nəzərinə xəbərdarlıq" - İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10:00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq" - ünvanı məlum olmayan elanlara rast gəlinir. Yayılan elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur, həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır.

"Azərişıq" ASC tərəfindən aparılan yenidənqurma, təmir-tikinti, elanlar və s. işlər cəmiyyətin Mətbuat Xidməti vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır və hazırda vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir”.

1news.az

Paylaş:
539

Son xəbərlər

Bütün xəbərlər