Xurcun və Vuqma Qida Məhsulları MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 15.000 AZN ianə edib
Vüqar Məhərrəmovun rəhbəri olduğu premium-sinif Azərbaycan milli brendi olan Xurcun və Vuqma Qida Məhsulları MMC mağazalar şəbəkəsi koronavirus (COVID 19) pandemiyası ilə əlaqədar ölkədə həyata keçirilən profilaktik tədbirlərə qoşulub.
Sosial məsuliyyət prinsiplərinə ciddi şəkildə əməl edən Xurcun, Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5000 AZN həcmində vəsait köçürüb.
Öz növbəsində də Vuqma Qida Məhsulları MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10.000 manat ianə edib.
Xurcun və Vuqma Qida Məhsulları MMC-nin Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürməyinin əsas məqsədi – Azərbaycanda COVID 19-un yayılmasının qarşısının alınmasına, bu istiqamətdə ciddi profilaktik tədbirlərin görülməsinə və pandemiyanın ölkə biznesi və iqtisadiyyatının bir çox sahəsinə mənfi təsirinin qismən azalmasına dəstəkdir.
Xurcun və Vuqma Qida Məhsulları MMC bütün şirkətləri öz imkanları daxilində sosial məsuliyyət prinsiplərinə ciddi şəkildə əməl edərək COVID 19-a qarşı mübarizədə mümkün qədər maliyyə dəstəyi göstərməyə və bununla da bu mübarizədə dövləti dəstəkləməyə çağırır.
Reklam hüququnda