Bakı polisi itkin düşən 3 şəxsi tapdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı polisi itkin düşən 3 şəxsi tapdı

10:54 - 26 / 03 / 2020
Bakı polisi itkin düşən 3 şəxsi tapdı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 25-da 17 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən 1news.az-a verilən məlumata görə, onlardan 2-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Qəsdən sağlamlığa ağır zərər vurma 1, quldurluq üzrə 1, narkotiklərin qanunsuz dövriyyəsinə görə 4, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 4 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 5 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

1news.az

Paylaş:
516

Son xəbərlər

Bütün xəbərlər