Azercell azərbaycanlıları koronavirusa qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azercell azərbaycanlıları koronavirusa qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb

19:49 - 27 / 03 / 2020
Azercell azərbaycanlıları koronavirusa qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bütün dünyada müşahidə olunan gərgin şəraitdə Azərbaycan xalqına dəstək olmaqda davam edir!

1news.az xəbər verir ki, Azercell media kanalları vasitəsilə yayımladığı yeni video çarxda xalqımızı həmrəy olub möhkəm dayanmağa, əzizlərimizə və doğmalarımıza dəyər verməyə, evdə olmağa səsləyir. Şirkət hazırda abunəçiləri üçün kəsintisiz rabitənin və rəqəmsal xidmətlərin təqdim edilməsi istiqamətində çalışdığını bəyan edərək, bütün vətəndaşlarımızı bu sınaq günlərini #birlikdə geridə qoymağa çağırır!

#EvdəQalAzərbaycan #Azercell

Reklam hüququnda

Paylaş:
522

Son xəbərlər

Bütün xəbərlər