Alov qüllərinin fasadında həkimlərə təşəkkür, Azərbaycanda çağırış - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Alov qüllərinin fasadında həkimlərə təşəkkür, Azərbaycanda çağırış - VİDEO

22:37 - 28 / 03 / 2020
Alov qüllərinin fasadında həkimlərə təşəkkür, Azərbaycanda çağırış - VİDEO

Bakının rəmzlərindən biri - Alov qüllələrinin fasadında azərbaycanlı həkimlərə minnətdarlıq və evdə qalmaqla bağlı yazı qeyd olunub.

1news.az xəbər verir ki, Alov Qüllələrinin fasadında:  “Azərbaycan həkimlərinə eşq olsun", "Biz Birlikdə güclüyük" və "Evdə qal, Azərbaycan" " müraciəti yazılıb.

Hökumət son günlər sosial əlaqələri azaltmaq üçün əhaliyə müraciət etdi. Belə bir tədbir, planetdə yayılmış koronavirusun yayılmasının azaldılması üçün təsirli bir yoldur.

Qeyd edək ki, son bir neçə gündə oxşar məzmunlu mesajlar Azərbaycanın bütün operatorlarının abunəçilərinin mobil telefonlarına göndərilir.Biz də bu müraciətə qoşuluruq.

Evdə qalın, özünüzə və yaxınlarınıza qayğı göstərin.

#EvdeQal, Azərbaycan!

1news.az

Paylaş:
946

Son xəbərlər

Bütün xəbərlər