UEFA-dan çempionatı yekunlaşmayan ölkələrə bəd xəbər | 1news.az | Xəbərlər
Futbol

UEFA-dan çempionatı yekunlaşmayan ölkələrə bəd xəbər

18:20 - 29 / 03 / 2020
UEFA-dan çempionatı yekunlaşmayan ölkələrə bəd xəbər

Bir sıra ölkələrin klubları avrokubokların 2020/21 mövsümünə buraxılmayacaq.

1news.az apasport.az-a istinadən bildirir ki, UEFA mövsümü başa çatdırmayacaq və nəticələri ləğv edəcək ölkələrin komandalarını qitə miqyaslı turnirlərdə görmək istəmir.

Qitə futbol qurumu koronavirus pandemiyası üzündən dayandırılan milli çempionatların başa çatdırılmasının tərəfdarıdır. Avrokuboklarda iştirak üçün ya liqalar sonadək oynanılmalı, ya da indiki mövcud nəticələr rəsmən tanınmaqla yekunlaşmalıdır.

Qeyd edək ki, UEFA-ya üzv olan 55 ölkədən yalnız Belarusda çempionat dayandırılmayıb.

1news.az

Paylaş:
838

Son xəbərlər

Bütün xəbərlər