MDB-də malların mənşə ölkəsinin təyin edilməsi qaydalarına dair sazişdə dəyişikliklər təsdiqlənib | 1news.az | Xəbərlər
Rəsmi

MDB-də malların mənşə ölkəsinin təyin edilməsi qaydalarına dair sazişdə dəyişikliklər təsdiqlənib

18:24 - 30 / 03 / 2020
MDB-də malların mənşə ölkəsinin təyin edilməsi qaydalarına dair sazişdə dəyişikliklər təsdiqlənib

Azərbaycan Prezidenti İlham Əliyev “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə,  Fərmanla “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə 2019-cu il mayın 31-də Aşqabad şəhərində Azərbaycan Respublikası Hökumətinin qeyd-şərtlə imzaladığı Protokol təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görməsi tapşırılıb.

S.Xankişiyeva

 

Paylaş:
530

Son xəbərlər

Bütün xəbərlər