Elektirk enerjisinə qoyulan limit artırılacaq – Nazirdən vacib açıqlama

Xüsusi karantin rejimində insanlar evdə qaldığına görə, təbii olaraq bu, elektrik enerjisinin istehlakının artmasına səbəb olur.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Televiziyasında (AzTV) “Hədəf” verilişinin qonağı olan İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, xüsusi karantin rejimində insanlar evdə qaldığına görə, elektrik enerjisinin istehlakı artır:
“Xüsusi karantin rejimində insanlar evdə daha çox qaldığına görə, təbii olaraq bu, elektrik enerjisinin istehlakının artmasına səbəb olur. Xüsusilə limitdən istifadə edən əhalinin həssas qrupu üçün bu, nəzərə alınır. Ona görə də hazırlanan layihədə əhaliyə tətbiq edilən limitin artırılması təklif olunur”.
Mikayıl Cabbarov açıqladı: Koronavirusa görə hansı sahələrə maliyyə yardımı ayrılacaq? – VİDEO
Nazirlər Kabineti: Martın 31-dən vətəndaşların evdə qalmaları tələb olunur
S.Xankişiyeva